Kənd təsərrüfatı fəaliyyəti ilə bağlı obyektlərin tikintisi üçün icazə tələb olunacaq
Tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin siyahısında dəyişiklik ediləcək. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev Milli Məclisin ötən il dekabrın 19-da qəbul etdiyi kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan obyektlərin tikintisi üçün icazə tələbini təsdiqləyib.