Xırdalan qəbiristanlığında sex açıblar
Xırdalan qəbiristanlığının vəziyyəti vətəndaşların narazılığına səbəb olub. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, şikayətçinin sözlərinə görə, qəbiristanlığın ərazisi baxımsız və pis haldadır. Məlumata görə, vətəndaşlar daşların, mismarların üzərindən keçərək hərəkət etmək məcburiyyətində qalırlar.