Xocavənddə 60 evin təmirinə 4 milyon manat ayrıldı
Xocavənd rayonunun Cütcü və Qarazəmi kəndlərində fərdi yaşayış evlərinin təmirinə başlanılır. Day.Az Trend-ə istinadən xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.