Böyük Britaniyada Bullinqdon həbsxanasına dron hücumu edilib
Böyük Britaniyanın Oksfordşir qraflığının Bister şəhərində yerləşən, 1 100 yerlik Bullinqdon həbsxanasına dron dəstələri ilə hücum həyata keçirilib. Day.Az "The Sun" nəşrinə istinadən xəbər verir ki, hücum nəticəsində məhbuslara narkotik vasitələr və silah ötürülüb. Məlumata görə, basqın gecə saatlarında baş verib.