Türkiyədə şiddətli şaxtalar: termometrlər mənfi 36 dərəcəni göstərir
Türkiyənin bir neçə bölgəsində davam edən şiddətli şaxtalar şərqi Anadolunun sakinlərinə mənfi təsir göstərir. AZƏRTAC xəbər verir ki, yanvarın 4-nə keçən gecə Gürcüstanla həmsərhəd olan Ərdəhan əyalətində temperatur qeyri-adi aşağı səviyyələrə düşüb. Ərdəhan şəhərinin özündə temperatur -24,8 dərəcə Selsi olub.