Sənədsiz evlər üçün böyük fürsət: 500 mindən çox çıxarış verilə bilər
Bu il 500 mindən çox çıxarışsız ev sənədləşdirilə bilər. Day.Az Xəzər TV-yə istinadən xəbər verir ki, 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq ili" elan edilməsi uzun illərdir müzakirə olunan plansız və sənədsiz evlər, riskli zonalarda olan tikililərin aqibətini yenidən gündəmə gətirib.