Bakıda atəşfəşanlıq olacaq
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Bakıda atəşfəşanlıq keçiriləcək. Day.Az-ın əldə etdiyi məlumata görə, Bakı sakinləri və qonaqları atəşfaşanlığı dekabrın 31-dən yanvarın 1-nə keçən gecə izləyə biləcəklər. Atəşfəşanlıq Dənizkənarı Milli Parkda təşkil ediləcək.