Həcc ziyarəti üçün sənəd qəbulunun başa çatacağı tarix açıqlanıb
2026-cı il Həcc Ziyarəti üçün sənəd qəbulu fevralın 15-də başa çatacaq. Day.Az xəbər verir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. Vüsal Cahangiri bildirib ki, fevralın 15-də kvota dolsa da, dolmasa da sənəd qəbulu bitəcək.