Sahibkarların ödədiyi sosial sığorta haqqının hesablanma qaydası dəyişir
Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqının tutulma qaydası dəyişdiriləcək. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Sosial sığorta haqqında" Qanuna dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.