Qrip zamanı isti vanna qəbul etmək təhlükəlidir
Mütəxəssislər qrip və yüksək hərarətlə müşayiət olunan virus infeksiyaları zamanı isti vanna qəbul etməyin riskli olduğunu bildirirlər. Həkimlərin sözlərinə görə, isti su bədən temperaturunu daha da yüksəldə, ürək-damar sisteminə əlavə yük sala və halsızlığı artıra bilər.