ABŞ-da 5 mindən çox uçuş təxirə salınıb
ABŞ-ın şimal-şərqində yağan güclü qar səbəbi ilə 5 mindən çox uçuş təxirə salınıb və təxminən 700 uçuş ləğv edilib. Day.Az xəbər verir ki, Nyu-York metropoliten ərazisində yerləşən üç əsas hava limanı ən çox zərər çəkənlər arasındadır. Ötən gün isə 8500-dən çox uçuş gecikib və 1700 reys ləğv edilib.