Bakıda sulu qar yağacaq
Azərbaycanda 28-nə olan hava proqnozu açıqlanıb. Day.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya xidməti məlumat verir. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində fasilələrlə yağıntılı olacağı gözlənilir. Səhər bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla əhatə yağma ehtimalı var.