Sabah Bakıya sulu qar yağacaq
Azərbaycanda dekabrın 28-nə olan hava proqnozu açıqlanıb. Day.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində fasilələrlə yağıntılı olacağı gözlənilir. Səhər bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağma ehtimalı var.