Azərbaycan bir ölkəyə yoğurt satır, 13 ölkədən isə alır
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana ümumi dəyəri 5 milyon 562.12 min dollar olan 2 572.27 ton yoğurt idxal olunub. Day.Az rəsmi statistikaya istinadən xəbər verir ki, 2024-cü ilin 10 ayının yekunlarına görə isə ölkəyə ümumi dəyəri isə 3 milyon 627.51 min dollar olan 2 min 225.87 ton yoğurt gətirilib.