Yeni başçı müavinini işdən çıxardı
Nəsimi Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı yeni icra başçısı Elxan İbrahimov Əmr imzalayıb. Əmrə əsasən, icra başçısının müavini Ramiz Quliyev vəzifəsindən azad edilib. Qeyd edək ki, R.Quliyev 4 il idi bu vəzifədə çalışırdı.