"Mobil telefonlarda olan bakteriyalar unitazdan 18 dəfə çoxdur"
Mütəxəssislərin apardığı araşdırma mobil telefonların sanitar baxımdan ciddi təhlükə mənbəyi olduğunu ortaya qoyub. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, nəticələrə görə, gündəlik istifadə etdiyimiz mobil telefonların üzərindəki bakteriya sayı orta hesabla ayaqyolu oturacağındakından 18 dəfə çoxdur.