İsrailin şimalında terror hücumu:
İsrailin şimalında fələstinli terrorçu iki nəfəri qətlə yetirib. Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin yerli polisinin bəyanatında deyilir. Məlumata görə, terror hücumunu həyata keçirən şəxs avtomobili ilə bir kişini vuraraq üzərindən keçib, başqa bir qadını isə bıçaqlayaraq qətlə yetirib.