Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrin sayının artması bizi sevindirir
Britaniya universitetləri, Lənkərandan Naxçıvana qədər Azərbaycanın müxtəlif universitetləri ilə əməkdaşlıq edirlər. Day.Az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Böyük Britaniya Kralı III Çarlzın ad gününə həsr olunmuş tədbirdə deyib.