Mədə ağrısını zəhərlənmə sandı, 36 saat sonra öldü
35 yaşlı kişi qəfil dünyasını dəyişib. Day.Az ntv-yə istinadla xəbər verir ki, Londonda yaşayan 35 yaşlı Andrejs Glazyrina Bolqarıstanda ailəsi ilə tətildə olarkən qəfil pankreatit keçirərək həyatını itirib. Hadisə yanvar ayında baş verib. Glazyrina əvvəlcə qidadan zəhərləndiyini düşünüb və qarın ağrılarından şikayətlənib.