Son 5 gün ərzində region avtovağzallarından paytaxta 25800-ə yaxın sənişin daşınıb
Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar martın 31-dək gücləndirilmiş iş rejimində çalışacaq. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Day.Az-a verilən məlumata görə, son dörd gün ərzində region avtovağzallarından paytaxta 2847 reyslə 25790 sərnişin daşınıb.