Dünən Salyanda 13 yaşlı məktəblinin ölümü ilə nəticələnmiş hadisənin təfərrüatı məlum olub. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Salyan şəhəri 20 Yanvar küçəsində yaşayan 2011-ci il təvəllüdlü Ə.Səlimovun yelləncəyin ipini açarkən boğularaq ölməsi müəyyənləşib.