Google ekranı olmayan Fitbit Air fitness-bilərziyini təqdim etdi
Google yeni Fitbit Air fitness-bilərziyini təqdim edib. Ekransız dizayna sahib olan cihazın Whoop və Oura kimi məhsullara rəqib olacağı gözlənilir.
Fitbit Air kapsul formasında plastik korpusla hazırlanıb və xüsusi kəmərin içinə yerləşdirilir. Cihaz cəmi 12 qram çəkir və Google əsas diqqəti onun gecə-gündüz rahat istifadəsinə yönəldib.
Ekran olmadığı üçün bütün məlumatlar yalnız Google Health tətbiqində göstərilir. Tətbiq həm Android, həm də iOS üçün əlçatandır. Bilərzik 24/7 ürək ritmi monitorinqi...