4SİM və “Binance” kripto, blokçeyn və veb3 sahəsində təlim keçirib
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və “Binance” şirkətinin birgə təşkilatçılığı ilə “Baku Learning Lab” təlimi uğurla həyata keçirilib. Tədbirdə 100-dən çox iştirakçı yer alıb.
“Baku Learning Lab” çərçivəsində iştirakçılar blokçeyn, veb3, treydinq alətləri və kripto bazarının əsas mexanizmləri barədə praktiki biliklər əldə ediblər. Canlı təlim sessiyaları zamanı real nümunələr əsasında təqdimatlar keçirilib və iştirakçıların sualları cavablandırılıb.