xAI video yaratmaq üçün Grok Image neyroşəbəkəsini təqdim etdi
İlon Maskın rəhbərlik etdiyi xAI şirkəti Grok Image 1.0 adlı yeni generativ neyroşəbəkəni təqdim edib. Tərtibatçıların sözlərinə görə, model mətn sorğularını dəqiq anlayır və yüksək detallı, axıcı hərəkətlərə malik videolar yarada bilir. Yeni versiya əvvəlki nəsillə müqayisədə daha uzun videoçarxlar generasiya etmə qabiliyyətinə malikdir.
Grok Image 1.0 vasitəsilə 720p keyfiyyətində, 10 saniyəyədək videolar yaratmaq mümkündür. Videolara fon musiqisi, eləcə də emosional səslər və danışıq əlavə edilə bilər.