Google-un İİ-rejimi istifadəçilər barədə “dosye” toplamağa başlayır
Google AI Mode rejiminə Personal Intelligence adlı yeni funksiya əlavə edib. Bu mexanizm axtarışı daha fərdiləşdirilmiş etmək üçün istifadəçinin Gmail poçtundakı məktublar və Google Photos albomlarındakı şəkillər əsasında onun maraqlarını və vərdişlərini analiz edəcək.
Şirkət nümayəndələrinin sözlərinə görə, AI Mode istifadəçinin zövqlərini və planlarını anlamaq üçün Google Photos-da saxlanılan fotoları, eləcə də Gmail-dəki yazışmaları öyrənə biləcək. Bu yanaşma neyroşəbəkəyə verilən sorğuların...