Huawei MateBook Fold yenilənir: daha rahat istifadə üçün təkmilləşdirilmiş qatlanan ekran
BeijingDigitalMaster nəşrinin yaydığı məlumata görə, Huawei 2026-cı ilin ikinci rübündə qatlana bilən ekrana sahib MateBook Fold noutbukun yeni nəslini təqdim etməyə hazırlaşır. Yenilənmiş modelin əsas fərqi istifadə rahatlığını artırmaq məqsədi daşıyan təkmilləşdirilmiş elastik displey olacaq.
Məlumata əsasən, yeni qatlanan noutbukda ekranın tərəf nisbəti dəyişdiriləcək və əvvəlki MateBook Fold modeli ilə müqayisədə daha geniş format təklif olunacaq. Bu isə həm iş, həm də multimedia istifadəsi zamanı daha komfortlu təcrübə vəd edir.