Finlandiyadan texnoloji sıçrayış: dünyada ilk dəfə avtofokuslu ağıllı eynəklər təqdim edildi
Finlandiyanın IXI startapı dünyada ilk dəfə fokusunu avtomatik və ani şəkildə dəyişən eynəkləri nümayiş etdirib. Bu model klassik bifokal və ya proqressiv linzalardan tamamilə fərqlənir — eynəklərdə ümumiyyətlə sabit fokus zonaları yoxdur.
IXI-nin texnologiyasının əsasında maye kristallardan hazırlanmış dinamik linzalar dayanır. Bu linzalar real vaxt rejimində fokusunu dəyişir və oxuma, yaxına və ya uzağa baxış üçün ayrıca zonalara ehtiyacı aradan qaldırır. Beləliklə, istifadəçi baxışını dəyişdikcə eynək də avtomatik uyğunlaşır.