Infinix şirkəti AI GLASSES Pro ağıllı eynəklərini təqdim etdi
CES 2026 sərgisi çərçivəsində Infinix şirkəti AI GLASSES Pro adlı ağıllı eynəklərini təqdim edib. Yeni cihaz gündəlik istifadə üçün nəzərdə tutulmuş aksesuar kimi mövqeləndirilir və süni intellekt köməkçisinə sürətli çıxış imkanı yaradır.
Eynəklər 109° baxış bucağına malik 12 MP-lik kamera ilə təchiz olunub. Kamera vasitəsilə Folax adlı firma İİ-assistenti istifadəçinin gördüyünü “görə” bilir. “Salam, Folax, buna bax” əmri ilə eynəklər şəkil çəkir və süni intellekt görüntünü analiz edir.