Apple, Amerika üçün nəzərdə tutulan iPhone modellərinin istehsalını Çindən Hindistana köçürmək istəyir
Apple şirkəti Amerikada satılacaq iPhone modellərinin Hindistanda yığılmasını çox istəyir, çünki Çindən idxal olunan cihazlara 145% gömrük rüsumu tətbiq olunur – bu barədə Mark Gurman məlumat verib. Təbii ki, bu keçidin nə qədər tez baş verməsi, Apple üçün bir o qədər yaxşı olar. Amma şirkət daha konkret bir hədəf də qoyub: bütün istehsalı 2027-ci ilə qədər Hindistana köçürmək.
Gurmanın fikrincə, bu planın reallaşması real görünmür və əsas səbəb Apple-ın Çinlə qurduğu sıx tərəfdaşlıq əlaqələridir.