Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC 3-4 dekabrda Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda iştirak edib.
Tədbirin əsas tərəfdaşı kimi forum məkanında “AzInTelecom”un stendi quraşdırılıb. Stenddə “AzInTelecom”un maliyyə sektoru üçün faydalı olan məhsul və xidmətləri haqqında iştirakçılara məlumat verilib. Burada xüsusilə banklara unikal imkanlar təqdim edən SİMA rəqəmsal imza, “SİMA Pay”, “SİMA KYC” və onun alt məhsulları olan “Videozəng”...