Şəbəkədəki çoxsaylı söz-söhbətlərdən sonra Galaxy S25 seriyasının gələcək flaqmanları haqqında rəsmi təfərrüatlar ortaya çıxdı. Məlumatı 2024-cü ilin ikinci rübündə gəlir hesabatı zamanı Samsung Mobile eXperience-in korporativ vitse-prezidenti Daniel Araujo paylaşıb.
Top-menecerin sözlərinə görə, smartfonlar seriyanın əvvəlki modelləri ilə müqayisədə əsaslı displey və kamera təkmilləşdirmələri alacaq. Bundan əlavə, istehsalçı prosessor və yaddaşı təkmilləşdirməklə yeni məhsulların AI funksiyalarının...