“Qəbələ”nin U-19 komandasının baş məşqçisi Zaur Hacıyevin “FutbolPress“ə müsahibəsi:
– Gənclər Liqasında mövsümü 4-cü sırada bitirdiniz. Fikirləriniz nədir?
– Nəticələr tək adamdan asılı deyil, komanda işləri lazımdır. Əvvəlki illərdə çempionluğu komanda və klub şəklində istəyirdik. Düzdür, bu dəfə də çalışdıq, əlimizdən gələni etdik. Statistikaya baxsaq, yalnız xallarda geri qalmışıq. Oyun planında kimdənsə geri qalmadıq, kiməsə əzilmədik. Ancaq biz bu il limitdən istifadə edə bilmədik.