Almaniyanın ev sahibliyi edəcəyi Avropa çempionatına üç gün vaxt qalıb. Artıq komandalar yekun heyətlərini açıqlayıb, turnirin hazırlıqlarına başlayıblar. Ötən yazımızda C qrupunun iştirakçılarından bəhs etmişdik. İndi D qrupunda yer alan komandalar və onların tarixi, Avropa çempionatlarındakı çıxışlarından diqqətçəkən məqamları təqdim edəcəyik.
C qrupunun iştirakçıları: Polşa, Niderland, Fransa, Avstriya
Polşa – FIFA reytinqi 28
Polşa yığması tarixində beşinci dəfə turnirin əsas mərhələsində mübarizə aparacaq.