Azərbaycanda qadın futbolu inkişaf mərhələsindədir. Son dönəmlərdə qızların futbola marağının atması, qadın oyunçulardan ibarət komandaların sayının çoxalması, milli komandanın beynəlxalq arenadakı nəticələri göz qabağındadır. Bir sözlə, sadaladıqlarımız fonunda Azərbaycanda qadın futbolunun sürətlə inkişaf etdiyini qeyd edə bilərik.
“Sabah” futbol klubunun 17 yaşadək qızlardan ibarət komandasının baş məşqçisi Mehdi İbrahimovla qadın futbolunun hazırkı durumu, millinin nəticələri, kütləvilik və digər məsələlər haqda söhbətləşdik.