Buzüstü hokkey dünyada ən çox sevilən idman növlərindən biridir. Kanada, Rusiya, İsveç, Finlandiya, Çexiya, Amerika Birləşmiş Ştatları və Slovakiyada populyar olan idman növünə son aylarda Azərbaycanda da diqqət ayrılıb. Belə ki, bir il bundan öncə Gənclər və İdman Nazirliyi tərəfindən Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz meydançası istifadəyə verilib. Bundan başqa, bu ilin fevralında isə Azərbaycan tarixində ilk dəfə buzüstü hokkey komandası yaradıldı. “Baku Flames” adı ilə fəaliyyət...