16 ilə yaxındır fəaliyyətdə olan “FutbolPress” son 5-6 ayda ən çətin dönəmi yaşadı. Noyabrdan başlayan çətinlik ciddiyyətini yanvardan büruzə verməyə başladı. Saytın texniki dəstəyi fəaliyyətdə yaranan “qısa yubanmaların” qarşısını almaqda problemlərlə qarşılaşırdı.
Məsələ detallı şəkildə aydınlaşdırılandan sonra Medianın İnkişafı Agentliyinə (MEDİA) müraciət etməli olduq.
Artıq “FutbolPress“in müntəzəm fəaliyyətində axsamalar yaranmağa başlayarkən MEDİA-ya edilən müraciət karımıza yetməyə başladı.