Viktor Medvedçukun dəyəri 200 milyon avro olan "Royal Romance" yaxtası Xorvatiyada hərraca çıxarılacaq. Bununla bağlı yerli məhkəmə qərar verib.
O da məlum olub ki, satışdan əldə olunan pul yardım kimi Ukraynaya veriləcək.
Medvedçuka məxsus yaxta Xorvatiyada 2022-ci ilin martında həbs edilib. Vladimir Putinin qızının xaç atası kimi tanınan Viktor Medvedçuk Ukraynada Rusiyayönlü “Müxalifət Platforması - Həyat üçün” partiyasına rəhbərlik edib.
Genişmiqyaslı müharibə başlayandan sonra Ukraynanın Təhlükəsizlik Xidməti Medvedçuku həbs edib.