Milan`ın hücumçusu Zlatan Ibrahimovic futbol əfsanəsi Diego Armando Maradona`nın ölümü ilə bağlı fikir bildirib.
ONBİR xəbər verir ki, 39 yaşlı forvard argentinalı sabiq oyunçu ilə şəklini paylaşaraq bu sözləri “instagram” hesabında yazıb:
“Maradona ölməyib, ölməzdir. Tanrı dünyaya bütün zamanların ən istedadlı futbolçusunu verdi. Əbədi yaşayacaq”.
Xatırladaq ki, 60 yaşlı Maradona noyabrın 25-də ürəktutmasından vəfat edib.
The post Ibrahimovic: Maradona ölməyib appeared first on ONBİR.