Werder Bremen`də çıxış edən Nuri Şahin, keçmiş komanda yoldaşı Christian Pulisic haqqında bəzi açıqlamalar verib.
“Vacib futbolçu olacaq”
Borussia Dortmund`da birlikdə oynadığı Pulisic`in istedadlı bir futbolçu olduğunu deyən Nuri Şahin, “Chelsea kimi böyük bir klubda yaxşı performans göstərmək asan deyil. Ancaq onun üçün hər şeyin yaxşı olacağından əmin idim. Uyğunlaşma prossesini geridə qoydu və inanıram ki, möhtəşəm matçlar keçirəcək. Qətiyyət göstərsə, Chelsea üçün vacib bir futbolçu olacaq” – deyə qeyd edib.