Azərbaycandan tranzit keçməklə Ermənistana 828 ton gübrə göndəriləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Day.Az xəbər verir ki, 12 vaqondan ibarət, çəkisi 828 ton olan gübrə və 6 vaqondan ibarət, çəkisi 414 ton olan antrasit (daş kömür növü) 9 iyun tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.