Hakan Fidan Ermənistanla münasibətlərin normallaşmasından danışıb
Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan bildirib ki, son dörd il ərzində Ankara ilə Yerevan arasında münasibətlərin normallaşdırılması prosesində əhəmiyyətli irəliləyiş əldə olunub. Trend xəbər verir ki, bu barədə o, İstanbulda Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin onuncu üçtərəfli görüşünün yekununda danışıb.