Yayda Bakı-Naxçıvan-Bakı reyslərinin sayı artacaq
Hazırda Bakı-Naxçıvan-Bakı marşrutu üzrə gündəlik 8 müntəzəm reys həyata keçirilir. Day.Az xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) İdarə Heyətinin sədri Samir Rzayev APA İnformasiya Agentliyi və Azərbaycan Dövlət Televiziyasına (AzTV) müsahibəsində deyib.