Ben-Qvirin Fransaya girişi qadağan edildi
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Fransaya girişi qadağan edilib. Day.Az xəbər verir ki, bu barədə Fransa Xarici işlər naziri Jan-Noel Barro "X" sosial media hesabında paylaşım edib. Fransa XİN rəhbəri bildirib ki, bu gündən etibarən İtamar Ben-Qvirin Fransa ərazisinə daxil olması qadağandır.